Nazim Hikmətin mənəvi qızı Münəvvər Rzayeva ilə tanışlıq HEKAYƏTİ

Nazim Hikmətin mənəvi qızı Münəvvər Rzayeva ilə tanışlıq HEKAYƏTİ
SOSİAL
17:55 11.09.2020
667

Nazim Hikmət pilləkəndən baxanda başqa bir Münəvvərlə göz-gözə gəlir, kefi pozulur.

Nazim Hikmətin mənəvi qızı Münəvvər Rzayeva ilə Moskvada necə tanış olmasının maraqlı hekayəti var.

1954-cü ilin noyabrında Moskvada "Peredelkino” ərazisindəki ikimərtəbəli evin qarşısında bir maşın dayanır. Əkbər Babayev bir neçə azərbaycanlı gənclə maşından düşür. Ziyarətə gəldikləri Nazim Hikmətin evidir. Qalina gəncləri qapıda qarşılayır. Nazim Hikmət iş otağından çıxaraq "Əkbər, mənə kimləri gətirdin?” deyə səslənir. 

 

Əkbər yanındakıları sadalayıb "bir də Münəvvəri gətirdim” deyəndə, Nazimin ürəyi həyəcanla döyünür. Münəvvərin İstanbuldan gəldiyini düşünür. 

Pilləkəndən baxanda başqa bir Münəvvərlə göz-gözə gəlir, kefi pozulur və otağına qayıdır.

Gənclər Nazimin yanına gedəndə şair böyük bir hüznlə "bura gəldiyim vaxtdan ilk dəfə Münəvvərin adını eşidirəm, ona görə də bir an özümü pis hiss etdim” deyir. 

Həmin gün Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda oxuyan Münəvvər Nazim Hikmətə onun büstünü hazırlamaq istədiyini deyir. Nazim Hikmət bu təklifi qəbul edir və aylarla davam edəcək həmin proses başlayır.

"Tüpürən olmamışdı”

Bir gün Münəvvər büstdə yaranan çatı görür, onu düzəltməyə çalışarkən su nasosunun olmadığının fərqinə varır. Yanındakı çaydandan bir qədər su götürüb ağzı ilə büstə püskürdür.

Bunu görən Nazim Hikmət "bu yaşıma qədər heç vaxt üzümə tüpürən olmamışdı” deyərək bir xatirəsini danışır:

"İstanbulda bir küçədən keçirdim. Bir nəfərin afişaya tüpürdüyünü gördüm. Gedib mən də baxdım. İtin başını mənim şəklimə bənzətmişdilər”.

Vətən eşqi ilə alışıb-yanan Nazimin belə bir vəziyyətə məruz qalması Münəvvəri son dərəcə kədərləndirir. 

Qızım olarsanmı?

Münəvvər 1954-cü ilin qışında ağır sətəlcəm keçirir. Nazim Münəvvəri sağaltması üçün ən yaxşı həkimləri tapır, gənc qıza öz övladı kimi davranır, çətinliklə də olsa, xəstəliyə qalib gəlməsinə kömək edir. Sonda Münəvvərə gözlənilməz bir təklif edir:

"Münəvvər, mənim oğlum var, istəyirəm qızım da olsun. Sən mənim qızım olarsanmı?”

Atasını kiçik yaşda itirən Münəvvər Nazim Hikmətin bu təklifinə görə iftixar hissi keçirir, təklifi qəbul edir və onun yanına köçür. Nazim Hikmət Münəvvərə o gündən xatirə olaraq bir şəkil hədiyyə edir. Şəklin arxasına "adaşın mənə görə bəxtiqara oldu, inşallah, sənə faydam dəyər, qızım” yazır. Beləliklə, Nazim Moskvada başqa bir Münəvvərə qovuşmuş olur.

Vəsiyyəti

İki il ərzində Münəvvərlə bir çox anların şahidi olurlar. Münəvvər 1956-cı ildə məktəbi bitirəndə Nazim Hikmət qızının Bakıya qayıtmaması üçün təkid edir. Ancaq Münəvvər iki səbəbə - birincisi anasına məktəbi bitirəndə qayıdacağına söz verdiyi, ikincisi isə "Nazimin qızı” deyil, "heykəltəraş Münəvvər” kimi tanınmaq istədiyinə görə qayıtmaq istəyir.

Münəvvər Nazim Hikmətin vətən həsrəti ilə dediyi vəsiyyətini bu cür danışır:

"Məndən son istəyini dərin üzüntüsü ilə xatırlayıram. "Münəvvər, bilirəm, mən öldükdən sonra abidəmi hazırlayacaqsan. Onun üstündə uzaqda qalmış bir qadın surəti, bir də mənim gözlərimi həkk et. Yaşamaq istəyirəm. Baxmaq, görmək istəyirəm”.

Nazim büstdəki çöhrəsinə İstanbulda qalan Münəvvərin hüznünün işlənməsini istəyir. Münəvvər Rzayeva isə Nazim Hikmətin vəsiyyətini hazırladığı bu büstlə yerinə yetirir. Büst bu gün Zaqatala muzeyindədir. 

Son mənzil

Münəvvər Nazimin dəfnində onu "Güz” şeirini oxuyaraq yola salır, "niyə belə gecikdin” misraları Münəvvərin Nazimə kədərli bir vida cümləsidir. Münəvvər mənəvi atasına olan minnətdarlığını büstünü hazırlayaraq, anım gecələri təşkil edərək ödəməyə çalışır. (www.tolgaaydogan.net)

Nazim Hikmətin dəstəyi ilə

Münəvvər Rzayeva Nazim Hikmətin dəstəyi ilə Azərbaycanın ilk qadın monumentalist heykəltəraşı olur. 1992-ci ildə Azərbaycan dövləti tərəfindən "Əməkdar rəssam” adına layiq görülür. Yüzə yaxın monumental heykəl düzəldir. 2004-cü ilin iyunun 6-da vəfat edir. Münəvvər Rzayeva bu gün Azərbaycanın ən məşhur qadın heykəltəraşıdır.

Mənbə: Cumhuriyet.com 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
17:04 17.07.2026
“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
16:56 17.07.2026
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
16:54 17.07.2026
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
16:27 17.07.2026
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
16:22 17.07.2026
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
16:10 17.07.2026
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
15:57 17.07.2026
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
15:52 17.07.2026
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
15:34 17.07.2026
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb
15:32 17.07.2026
Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb
Küveyt: İranın hücumunda elektrik və su təsisatları hədəf alındı
15:20 17.07.2026
Küveyt: İranın hücumunda elektrik və su təsisatları hədəf alındı
Bank of Baku və Mastercard-dan rəqəmsallaşma sahəsində mühüm addım
15:13 17.07.2026
Bank of Baku və Mastercard-dan rəqəmsallaşma sahəsində mühüm addım
İkinci əl avtomobil alarkən bu tələyə düşməyin: Alıcıları hansı təhlükələr gözləyir?
15:07 17.07.2026
İkinci əl avtomobil alarkən bu tələyə düşməyin: Alıcıları hansı təhlükələr gözləyir?
Çimərlikdə gözlənilən hava şəraiti açıqlandı
14:59 17.07.2026
Çimərlikdə gözlənilən hava şəraiti açıqlandı
Bu avtobus marşrutu dəyişir – Yeni xətlər yaradılır
14:33 17.07.2026
Bu avtobus marşrutu dəyişir – Yeni xətlər yaradılır
DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlandı
14:21 17.07.2026
DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlandı