Nazir 15 il rəis işləyən polkovniki işdən çıxardı - Yeni təyinat

Nazir 15 il rəis işləyən polkovniki işdən çıxardı - Yeni təyinat
SOSİAL
12:20 31.03.2026
629
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən rayon Yanğından Mühafizə Hissəsinin rəisi dəyişib. 

AZXEBER.COM xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə 2011-ci ildən sözügedən vəzifədə çalışan daxili xidmət polkovniki Şirinov Vüqar Fazil oğlu vəzifəsindən azad olunub və təqaüdə göndərilib. 

Digər əmrlə Balakən rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə Kənan Eldarov təyin edilib.
 

 


OXŞAR XƏBƏRLƏR