Nazir 2 min manat maaş alan müəllimlərin sayını açıqladı

Nazir 2 min manat maaş alan müəllimlərin sayını açıqladı
SOSİAL
10:45 30.06.2026
385
"2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı 4 dəfəyə qədər artıb”.

Bunu "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, ölkə üzrə 1426 müəllim 2000 manat və daha artıq maaş alır.

"2026-2027-ci tədris ili üzrə sertifikasiyadan sonra müəllim heyətinin orta aylıq maaşı 1030 manatdır. Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üzrə (35% əlavə alanlar 30 590 nəfər 1300 manat, sertifikatlaşdırmada uğur qazanmış heyət üzrə (10 % əlavə alanlar) - 60 818 nəfər 1010 manat, sertifikatlaşmada iştirak etməyən və birinci cəhddə uğur qazanmayan heyət üzrə - 23 984 nəfər 770 manat əməkhaqqı alır”, - E.Əmrullayev əlavə edib.
 
///qafqazinfo
OXŞAR XƏBƏRLƏR