Azərbaycanda bu şəxslərin maaşları artacaq - Nazir açıqladı

Azərbaycanda bu şəxslərin maaşları artacaq - Nazir açıqladı
SOSİAL
16:51 16.05.2023
570
"Növbəti mərhələdə 33 mindən artıq müəllimin sertifikasiyası nəzərdə tutulur".

AZXEBER.COM xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, 5 290 nəfər müəllimin yaşı 60-ın üzərindədir.

Nazir bildirib ki, 33 mindən çox müəllim üçün keçirilən imtahanın gözləntilərinə əsasən 80-85%-nin əmək haqqlarının artımı nəzərdə tutulur.

E.Əmrullayev həmçinin qeyd edib ki, ötən il sertifikasiya imtahanından keçə bilməyən 2 803 müəllim üçün təkrar imtahan keçiriləcək: "Onlar minimal keçid balını da bu il toplamasa və ya müsahibə mərhələsindən keçməsə əmək müqaviləsinə xitam veriləcək. Bununla da həmin yerlər vakansiyaya çıxarılacaq".
OXŞAR XƏBƏRLƏR