Nazir: Almaniyada hərbçilərin sayı 50-60 min nəfərə qədər artırılmalıdır

Nazir: Almaniyada hərbçilərin sayı 50-60 min nəfərə qədər artırılmalıdır
DÜNYA
19:10 05.06.2025
811
Müdafiə qabiliyyətinin artırılması ilə bağlı NATO-nun yeni tələblərinin yerinə yetirilməsi çərçivəsində Almaniya Silahlı Qüvvələrində hərbçilərin sayı 50-60 min nəfərə qədər artırılmalıdır.

Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius NATO ölkələrinin müdafiə nazirlərinin görüşündə iştirak etmək üçün Brüsselə gələrkən bildirib.

Nazir qeyd edib ki, hələlik xidmət könüllü olacaq.

Onun sözlərinə görə, Almaniyanın hədəf paketi (Şimali Atlantika Alyansının müdafiəsinə töhfə) NATO-da miqyasına görə ikinci böyük paket olacaq.

Hazırda Bundesver hərbçilərinin sayı təxminən 183 min nəfərdir.
OXŞAR XƏBƏRLƏR