Nazir: “Azad edilmiş torpaqlarda Fəaliyyət Planının hazırlanmasına başlanılıb”

Nazir: “Azad edilmiş torpaqlarda Fəaliyyət Planının hazırlanmasına başlanılıb”
SİYASƏT
14:57 04.11.2020
532

Azərbaycanda dövlət dəstəyi ilə yaradılan aqrar sığorta mexanizmi rəsmi olaraq fəaliyyətə başlayıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, bu gün kənd təsərrüfatı naziri İnam Kərimov ölkəmizdə səfərdə olan Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin və TARSİM kənd təsərrüfatı sığortaları təşkilatının nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanda aqrar sığorta mexanizminin tətbiqi istiqamətində görülən işlər, Türkiyə təcrübəsinə əsaslanan sığorta mexanizminin formalaşdırılması ətrafında fikir mübadiləsi aparılıb.

 

Daha sonra Azərbaycanda dövlət dəstəyi ilə ilk sığorta müqaviləsinin imzalanmasına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən nazir İnam Kərimov bildirib ki, Ermənistanın hərbi təcavüzü aqrar sahəyə təsirsiz ötüşməyib:

"Bu hücum nəticəsində təmas xəttində yerləşən kəndlərdə xeyli iri və xırdabuynuzlu heyvan tələf edilib, yem ehtiyatları yandırılıb, on minlərlə hektar əkin sahələrində yığım məhdudlaşıb, kənd təsərrüfatı texnikaları məhv edilib. Davam edən hərbi təcavüz yüz mindən çox fermerin həyatına təsir edib. Gələcəkdə işğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi nəzərdə tutulur. Artıq bununla bağlı hesablamalara və Fəaliyyət Planının hazırlanmasına başlanılıb”.

Nazir əlavə edib ki, aqrar sahənin davamlı inkişafının təmin edilməsi baxımından vacib məsələlərdən biri də aqrar sığorta mexanizmidir və Azərbaycanda aqrar sığorta sistemi qardaş Türkiyə Respublikasının TARSİM sisteminin təcrübəsi və dəstəyi ilə formalaşdırılıb:

"Aqrar sığorta vasitəsilə fermerlər kənd təsərrüfatı heyvanlarını, əkin sahələrini və bitkiçilik məhsullarını, eləcə də akvakulturanı güzəştli şərtlərlə ən aktual risklərdən sığortalaya biləcəklər. Aqrar sığorta mexanizminin tətbiqi fermerlərə və sahibkarlara dəstək olmaqla yanaşı, kənd təsərrüfatının daha təhlükəsiz biznes sektoruna çevrilməsinə, bu sahəyə yatırımların artmasına səbəb olacaq və ümumilikdə kənd təsərrüfatının inkişafına mühüm töhfə verəcək”.

Tədbirdə çıxış edən TARSİM təşkilatının Himayəçilik Şurasının üzvü, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik nazirliyinin nümayəndəsi Bekir Engürülü bildirib ki, aqrar sığorta fermerlərin risklərini sığortalamaqla aqrar sahənin maliyyəyə çıxışını asanlaşdıracaq, kənd təsərrüfatının daha dayanıqlı inkişafına şərait yaradacaq.

Qeyd edək ki, aqrar sığorta çərçivəsində sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərin qəbul edilməsi və hadisələrin tənzimlənməsini "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC həyata keçirəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu