Nazir bahalaşmadan danışdı

Nazir bahalaşmadan danışdı
İQTİSADİYYAT
14:55 27.12.2014
1722

“Taxıl qıtlığı ilə bağlı narahatlığa əsas yoxdur”.

Rusiya taxıl üçün nəzərdə tutduğu və proqnozlaşdırdığı ixrac imkanlarının 90%-ni artıq istifadə edib.

AZXEBER.COM-un  APA-ya istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiyanın taxıl ixracına qoyduğu qadağaya münasibət bildirərkən kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Onun sözlərinə görə, bu qadağa Azərbaycan bazarına təsir göstərməyəcək. “Biz daim beynəlxalq prosesləri araşdırırıq. Həm Avropa bazarında, həm də Amerika bazarlarındakı taxılın qiymətlərini izləyirik. Bu il dünya üzrə taxıl ehtiyatının həcmi 7 mln. ton artıb. Bu rəqəm taxılla bağlı ciddi bir narahatlığın olmadığını göstərir”.

Nazir deyib ki, ötən il dünyada taxıl ehtiyatı 30 mln. ton artıb ki, bu da qiymətin düşməsinə səbəb olub: “Bu ilin sonunda yenidən dünya üzrə taxıl ehtiyatı artıb. Bizim istənilən bazarla əməkdaşlıq etmək imkanımız var. Dünya taxıl ehtiyatının azalmaması fonunda qiymətlərin artacağını gözləmirik”.

Bununla belə, nazir əlavə edib ki, gələcəkdə taxıl qıtlığı və qiymət artımından sığortalanmaq üçün dövlət öz taxıl ehtiyatını artırmaq niyyətindədir: “Artıq Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye, eləcə də Fövqəladə Hallar nazirlikləri bununla bağlı hökumətə təkliflər verib. Yaxın dövrlərdə hökumət taxıl ehtiyatının 500 min tondan 700-750 min tona qədər qaldırılması ilə bağlı qərar verəcək. Bu da əhalinin 6 aylıq taxıl və un məhsullarına olan tələbatının ödənilməsinə imkan verəcək”.

Proseslərin nəzarət altında olduğunu söyləyən nazir əhalini narahat olmamağa çağırıb: “Bizim taxıl ehtiyatlarımız kifayət qədərdir. Dünyadakı trendlər bizə heç bir qorxulu və riskli şərait vəd etmir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir