Nazir: "Bəzən direktorlar aşağı nəticə göstərən şagirdləri məktəbdən uzaqlaşdırırdılar"

Nazir: "Bəzən direktorlar aşağı nəticə göstərən şagirdləri məktəbdən uzaqlaşdırırdılar"
SOSİAL
11:20 23.08.2022
195
"Bəzi hallarda məktəb direktorları təhsil müəssisəsinin keyfiyyətini süni şəkildə artırmaq üçün aşağı nəticə göstərən şagirdləri uzaqlaşdırırdılar".

AZXEBER.COM xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

"Hesab edirəm ki, şagirdlər həmin məktəbdə oxumalıdırlar. Yeni qərarla məktəb direktorları həmin şagirdləri məktəbdə saxlamaqda maraqlı olacaqlar", - nazir bildirib.
OXŞAR XƏBƏRLƏR