Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sabah BMT Təhlükəsizlik Şurasında “Silahlı münaqişələrdə dinc əhalinin müdafiəsi” mövzusunda debatlarda iştirak edəcək.
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib.
Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Nyu-Yorka BMT Təhlükəsizlik Şurasına sədrlik edən koreyalı həmkarının dəvəti ilə gedir. Elmar Məmmədyarovun debatlarda çıxışı gözlənilir.