Nazir diplomatik fəaliyyəti başa çatan səfirlə görüşdü

Nazir diplomatik fəaliyyəti başa çatan səfirlə görüşdü
SİYASƏT
21:01 22.07.2019
4569

Xarici İşlər naziri Elmar Məmmədyarov Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskası diplomatik fəaliyyətinin baş çatması ilə əlaqədar qəbul edib.

XİN-dən  verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

 

Səfir Valdas Lastauskas diplomatik fəaliyyətinin və bu istiqamətdəki təşəbbüslərin həyata keçirilməsi üçün göstərilmiş dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Elmar Məmmədyarov Valdas Lastauskasın ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

OXŞAR XƏBƏRLƏR