Nazir əvəzi: "İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanır"

Nazir əvəzi: "İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanır"
SOSİAL
14:08 05.03.2018
1539
"Təhsil Nazirliyinin sifarişi ilə Təhsil İnstitutu tərəfindən ibtidai siniflər üçün ehtiyat dərsliklərinin hazırlanması istiqamətində işlər aparılır".

AZXEBER.COM-un APA-ya istinadən xəbərinə görə, bunu təhsil nazirinin vəzifəsini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov deyib.
 
Onun sözlərinə görə, beynəlxalq tədqiqatların meyarları yeni dərslik konsepsiyasında nəzərə tutulacaq: "Növbəti illərdə həmin dərsliklərin tətbiqi ilə daha müsbət nəticələr əldə ediləcək".

Kurikulumun bəzən valideynlər və mütəxəssislər tərəfindən birmənalı qarşılanmadığını söyləyən C. Bayramov qeyd edib ki, tədqiqatların nəticələri təhsil sistemində müsbət dinamikanın olduğunu göstərir: "Bu da bir daha sübut edir ki, həmin istiqamət doğru seçilib" .

Nazir müavini 2015-ci ilin yanvarın 1-dən diaqnostik qiymətləndirməyə cəlb olunan müəllimlərin əməkhaqlarının artırılmasına başlanıldığını da diqqətə çatdırıb.

OXŞAR XƏBƏRLƏR