Nazir hönkür-hönkür ağladı - FOTOLAR

DÜNYA
11:36 21.11.2012
2760
Qəzzada olarkən o, İsrailin bombardmanları nəticəsində ailə üzvlərini və qohumlarını itirmiş fələstinlilərə baş çəkib.
Xanımı Sare Davudoğlu və Türkiyənin baş naziri Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğan ilə Qəzzada "Şifa" hospitalına yollanan Ə.Davudoğlu burada həkimlərin bütün səylərinə rəğmən, keçinən gənc fələstinlinin valideynləri ilə görüşüb.
Gəncin atasının ağladığını görən Türkiyənin XİN başçısı kövrəlib, vəfat edən fələstinlinin atasını qucaqlayıb və ağlamağa başlayıb.
Nazirin hıçqıraraq ağlaması onun ətrafındakı insanların da gözlərini yaşartmışdı.
Xəstəxanadan çıxan Türkiyə XİN başçısı onu müşayiət edən ərəb həmkarları ilə birlikdə Qəzzanı tərk edib.

OXŞAR XƏBƏRLƏR