Bu fikirləri açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir 63 kq-da mübarizə aparan cüdoçu Ramilə Yusubovanın XXX Yay Olimpiya Oyunlarında çıxışını dəyərləndirib. Rəhimov bu gün ad günü olan Ramilənin daha yaxşı çıxış etmək gücündə olduğunu düşünürmüş: “O, daha çoxa qadir idi, amma olmadı. Ad günündə fikrimi demişdim. Lisenziyaya görə ona təşəkkür etmək olar”.
Qeyd edək ki, Yusubova 2-ci döyüşündə ipponla uduzaraq, mübarizəni 1/8 finalda dayandırdı./// apasport