Nazir İlham Pirməmmədovun vəzifəsini aşağı saldı

SİYASƏT
00:13 31.05.2013
3735

Təhsil Nazirliyində növbəti kadr islahatı aparılıb.

Belə ki, Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov təhsil naziri Mikayıl Cabbarovun əmri ilə tutduğu vəzifədən azad edilib. Bu barədəAPA-ya açıqlamasında İlham Pirməmmədov faktı təsdiqləyib. O bildirib ki, nazirin digər əmri ilə təhsil nazirinin müşaviri təyin edilib. İ.Pirməmmədov artıq nazirliyin Aparat rəhbəri vəzifəsini kimin yerinə yetirəcəyini də açıqlayıb. O bildirib ki, yeni təyinata əsasən bundan sonra Təhsil Nazirliyinin Aparat rəhbəri Ceyhun Bayramovdur. O əvvəllər Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.

OXŞAR XƏBƏRLƏR