Nazir: “İmtahanlar ədalətsiz təşkil olunmayıb”

Nazir: “İmtahanlar ədalətsiz təşkil olunmayıb”
SOSİAL
18:47 04.08.2021
304
"Müəllimlərin işə qəbulu üzrə builki müsabiqədə ibtidai sinif üzrə 3 920 nəfər 41-60 bal aralığında nəticə göstərib. Ümumilikdə 402 nəfər 56-60 bal yığdığından, onlar arasında rəqabət olacaq”.

AZXEBER.COM xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, riyaziyyat fənni üzrə 3 nəfər 56-60 bal yığıb, amma ingilis dili fənni üzrə heç bir namizəd bu nəticəni göstərə bilməyib: "Bu o demək deyil ki, həmin fənn müəllimlərinin biliyi zəifdir. Bütün bunlar ilkin nəticələrdir. Riyaziyyat fənni müəllimləri başa düşməlidirlər ki, suallar çətin olsa da, imtahanlar ədalətsiz təşkil olunmayıb”.
OXŞAR XƏBƏRLƏR