Nazir Kəlbəcərin ilk və tək məzununun "Son zəng"ində - FOTOLAR

Nazir Kəlbəcərin ilk və tək məzununun "Son zəng"ində - FOTOLAR
SOSİAL
19:00 13.06.2026
268
İyunun 13-də elm və təhsil naziri Emin Əmrullayev Kəlbəcər rayonu B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən "Son zəng" tədbirində iştirak edib.

AZXEBER.COM xəbər verir ki, nazir məktəbin ilk və yeganə məzunu Nəzrin Atakişiyevanı məzun olması münasibətilə təbrik edib, ona gələcək təhsil həyatında uğurlar arzulayıb.

Tədbir zamanı işğaldan azad edilmiş ərazilərdə təhsilin bərpası istiqamətində görülən işlərdən, Kəlbəcərdə formalaşan yeni təhsil mühitindən danışılıb.

Tədbir şagirdlərin ifasında hazırlanmış maraqlı "Son zəng" proqramı ilə yekunlaşıb.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR