Nazir kreslosunu biznesə dəyişənlər – Sabiq nazirlərin “topdağıtmaz” biznes imperiyaları

Nazir kreslosunu biznesə dəyişənlər – Sabiq nazirlərin “topdağıtmaz” biznes imperiyaları
SİYASƏT
14:35 22.02.2019
11937
Mətbuatda sabiq Vergilər naziri Fazil Məmmədovun "Synergy Group” Şirkətlər Qrupuna rəhbər təyinatı ilə bağlı məlumat yayılıb. İnformasiyada qeyd olunur ki,  bir müddət öncə ölüm xəbəri yayılan sabiq nazir çoxdan imiş bu şirkətin sahibi imiş və son addımı ilə sadəcə bu şirkətlə bağlılığını rəsmiləşdirib.

AZXEBER.COM vəzifədən azad edildikdən sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan keçmiş nazirlərlə bağlı araşdırma aparıb. Öncədən qeyd edək ki, məlumatlar mətbuatda və dünyanın ən böyük elektron axtarış sistemi olan – "google”də dərc olunan informasiyalar əsasında hazırlanıb.

Sabiq Vergilər naziri Fazil Məmmədov 2017-ci ildə vəzifədən azad olunub. 17 il ölkənin vergi sisteminə rəhbərlik edən F.Məmmədov son dövlər mətbuatın gündəminə daha çox səhhətində yaranan problemlərlə gəlib. Bir neçə həftə öncə isə onun ölüm xəbəri yayılıb və sonradan təkzib olunub. 
 

 

Onun rəhbəri olduğu iddia edilən "Synergy Group”ın daxilində onlarla şirkət fəaliyyət göstərir. Bu sırada kənd təsərrüfatı, təhsil, otelçilik, sənaye, tikinti və maliyyə şirkətlərini qeyd etmək olar. Ölkəmizin məşhur şirkətləri – "AtaBank”, "Excelsior” oteli, "Azərbaycan” Universiteti, "Renaissance Construction” və digər şirkətlər "Synergy Group”ın törəmə müəsssisələridir.

Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev 2005-ci ilin oktyabrında vəzifəsindən azad edilib. Vəzifədən çıxarıldıqdan sonra 8 il həbsdə yatan keçmiş nazir 2013-cü ildə azadlığa çıxıb. Bundan sonra ictimaiyyət qarşısında çıxmayan F.Əliyevin adı daha çox biznes layihələrində hallanıb.
 

 


Onun ölkəmizdə və xaricdə biznes fəaliyyəti ilə məşğul olduğu, müxtəlif şirkətlərə rəhbərlik etdiyi deyilir. Bu sırada Azərbaycan, Almaniya, Türkiyə və Moldovanın adı çəkilir. Onun sahibi olduğu deyilən "Sumqayıt Texnologiyalar Parkı” nəzdində sürtkü yağları istehsalı zavodu "AMINOL” ticarət nişanı altında məhsullarını satışa çıxarılır. Məhsullar həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda istehlakçılara təqdim edilir. Məlumatlara görə, zavodun yüzlərlə işçisi var.

Sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov ötən ilin aprelində vəzifədən azad olunub. 17 il bu sahəyə rəhbərlik edən keçmiş nazir mətbuata açıqlamasında bildirib ki, səhhətində müəyyən problemlər var və hazırda onların müalicəsi ilə məşğuldur. Son dövrlər mətbuatın gündəminə xaricdə yeni şirkətlər yaratması ilə gəlib.
 

 


H.Bağırovun hazırda "Qərbi Kaspi” Universitetinə rəhbərlik etdiyi, lakin bunu qeyri-rəsmi şəkildə həyata keçirdiyi iddia olunur. Bu məqamda xatırladaq ki, "Qərbi Kaspi” Universiteti əvvəlcə otel kimi yaransa da, sonradan  özəl universitet kimi fəaliyyət göstərib. Uzun müddət "Qərb” Universiteti adı məşhurlaşan bu ali təhsil ocağının sahibi  H.Bağırov nazir təyin olunduqdan sonra təsisçilikdən imtina edib. Hazırda onun yenidən bu ali məktəbə rəhbərlik etdiyi deyilir.
 
Bu iddia ilə bağlı Qərbi Kaspi Universitetinin mətbuat katibi Vüsal Məmmədov AZXEBER.COM-a açıqlama verib. 

 

"Son dövrlər mətbuatın gündəminə xaricdə yeni şirkətlər yaratması ilə gəlib" - haqqında bəhs etdiyiniz, bəzi saytların gündəmə gətirdiyi şirkətlər nə H.Bağırova, nə də onun ailə üzvlərinə aid deyil, doğrudur, bir neçəsi onun oğlu Lətif Bağırov və başqaları tərəfindən birgə təsis edilib. Ancaq L.Bağırova aid binalar kimi təqdim olunan mülklərdə əslində sadəcə, L.Bağırovun təsisçisi olduğu şirkətə mühasibatlıq xidməti göstərən şirkətin ofisi yerləşir. Və mövcud şirkətlər, onların fəaliyyəti tamamilə leqaldır və məxfi deyil - şirkətlərin adlarından görünür ki,onlar öz mənbəyi ilə əlaqələrini gizlətmir: ("WU training” (Western University Training), "Western Education Servises”)


"H.Bağırovun hazırda Qərbi Kaspi Universitetinə rəhbərlik etdiyi, lakin bunu qeyri-rəsmi şəkildə həyata keçirdiyi iddia olunur" cümləsi ilə bağlı. Hüseynqulu Bağırov Qərbi Kaspi Universitetinin təsisçisidir, 1991-cı ildə universitet onun tərəfindən qurulub, lakin 2000-ci ildə nazir vəzifəsinə dəvət olunduqdan sonra o, qanunun tələblərinə uyğun olaraq universitetin rektoru və təsisçiliyindən ailə üzvlərinin xeyrinə imtina edib, həm Universitet, həm də Otelçilik Məktəbi onun ailə üzvləri tərəfindən idarə olunub. Hazırda o, hüquqi baxımdan universitetin təsisçisi deyil, sadəcə, təsisçilər tərəfindən Qəyyumlar Şurasının sədri təyin edilib. 2016-cı ildən isə universitetin rektoru Latviyalı professor Andris Leitasdır. H.Bağırov noyabr-dekabr aylarında bir neçə cərrahi əməliyyat keçirib, hazırda səhhəti imkan verdiyi qədər universitetə gəlib-gedir, ancaq Universitet faktiki olaraq rektor tərəfindən idarə olunur. H.Bağırov isə səhhəti tam qaydasına düşdükdə universitetdə müəllim kimi çalışmaq arzusundadır.

"Qərbi Kaspi Universiteti əvvəlcə otel kimi yaransa da, sonradan özəl universitet kimi fəaliyyət göstərib". Bu məlumat da yanlışdır. Qərbi Kaspi Universiteti 1991-ci ildə təsis olunub, sonralar - 90-cı illərin ortalarında turizm ixtisasının daha keyfiyyətli təhsilini təşkil etmək məqsədi ilə universitetin nəzdində Otelçilik Məktəbi yaradılıb, daha sonra bu məktəbin nəzdində Otel qurulub.

Sabiq İqtisadi İnkişaf naziri Heydər Babayev 2008-ci ilin oktyabrında vəzifədən azad edilib. 3 il bu sahəyə rəhbərlik edən H.Babayev də xələfi Fərhad Əliyev kimi vəzifədən azad olunandan ictimaiyyət qarşısına çıxmayıb. Vaxtilə rəhbərliyi altında çalışan şəxslərdən bəziləri yüksək vəzifələrə təyinat alsalar da, onun adı mətbuatda yalnız keçmiş fəaliyyəti ilə bağlı hallanıb.
 

 


Qeyd edək ki, Heydər Babayev hələ sovetlər dönəmindən maliyyə sektorunda çalışıb və bank sahəsinin incəliklərdən xəbərdar mütəxəssis sayılır. Onun müxtəlif şirkətlərə sahib olduğu barədə iddialar var. Məlumatlara görə, keçmiş nazir hazırda fəaliyyətini daynadırmış "Bank Standart”ın və "Çudo Peçka” dükanlar şəbəkəsinin sahibi olub. Hazırda isə "Standart İnsurance" sığorta şirkətinin faktiki sahibidir. Onun bu şirkətlərə heç bir rəsmi bağlılığı olmasa da, iddialara görə, qeyd olunan şirkətlər məhz sabiq nazirə məxsusdur.

Sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov 2013-cü ilin oktyabrında vəzifədən azad edilib. 7 il bu vəzifədə çalışan F.Ələkbərov ona qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Ölkəmizin ən böyük holdinqlərindən birinə rəhbərlik edib.
 

 


Keçmiş nazirin vəzifədən azad olunduqdan sonra yenidən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, nazir təyin olunan zaman təsisçilikdən imtina etdiyi "İmproteks” Şirkətlər Qrupuna rəhbərlik etdiyi deyilir. Bu şirkətlər qrupu öz sıralarında "İmair” Hava Yolları, "İmproteks Travel”, "İmproteks Trade” və "İmproteks Motors” şirkətlərini birləşdirir. Onların arasında ən tanınmışı "İmproteks Motors” şirkətidir. Bu şirkət Almaniya istehsalı olan – məşhur "BMW” avtomobillərinin Azərbaycanda rəsmi nümayəndəsidir. BU MAŞINLARIN Azərbaycana idxalı və satışını həyata keçirir.

// Azər Niftiyev, AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
Bu ailələrə hər ay 422 manat verilir
13:09 13.03.2026
Bu ailələrə hər ay 422 manat verilir
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
13:07 13.03.2026
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” -  Deputatdan təklif
12:51 13.03.2026
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” - Deputatdan təklif
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
12:38 13.03.2026
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır
12:33 13.03.2026
Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır
Baş nazir quru sərhədlərinin bağlı olmasından danışdı
12:21 13.03.2026
Baş nazir quru sərhədlərinin bağlı olmasından danışdı