Nazir küçədə 5 min tapıb, sahibinə qaytaran məktəblini təltif etdi

Nazir küçədə 5 min tapıb, sahibinə qaytaran məktəblini təltif etdi
SOSİAL
16:23 01.05.2018
3989

Tapdığı 5 min manatlıq pul kisəsini sahibinə qaytaran məktəbli təltif olunub.

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov yayıb. O bildirib ki, Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin VIII sinif şagirdi İdris Abbasov bu örnək davranışına görə Təhsil naziri Ceyhun Bayramov tərəfindən Təhsil Nazirliyinin "Təşəkkürnamə"si ilə təltif edib.

 

Məlumat üçün bildirək ki, məktəbli pul kisəsinin sahibi tərəfindən təklif olunan mükafatdan da imtina etmişdi.


OXŞAR XƏBƏRLƏR