Nazir məktəb direktorunun döyülməsi ilə bağlı: Qəbuledilməzdir...

Nazir məktəb direktorunun döyülməsi ilə bağlı: Qəbuledilməzdir...
SOSİAL
15:28 21.11.2018
5753
Təhsil naziri Ceyhun Bayramov Bakıda məktəb direktorunun döyülməsi hadisəsinə münasibət bildirib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, C.Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib ki, aktyor Rza Rzayev tərəfindən 175 saylı məktəb direktorunin döyülməsi halı Azərbaycan cəmiyyəti üçün nadir, qeyri-adi haldır:

"Azərbaycan cəmiyyətində həmişə müəllimə böyük hörmət görmüşük. Müəllimə qarşı fiziki gücün tətbiqi qəbuledilməzdir. Biz bilirik ki, hüquq-mühafizə orqanları araşdırma aparırlar. Hesab edirəm ki, bu işə düzgün hüquqi qiymət veriləcək".
OXŞAR XƏBƏRLƏR