AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, hazırda prioritet böyük və daha çox şagirdi əhatə edən məktəblərin təmiri və yenidən qurulmasıdır.
Nazirin sözlərinə görə, kiçik məktəblər üçün modul tipli binaların tikintisi həyata keçirilir. Bu il müxtəlif bölgələrdə 100-dən artıq modul məktəbin tikintisi nəzərdə tutulur.
Nazir onu da əlavə edi ki, ucqar kənd məktəblərinin birləşdirilməsi prosesi hər il təhlil edilir. Bu istiqamətdə iki əsas model tətbiq olunur. Birinci modeldə şagirdlər nəqliyyat vasitələri ilə məktəblərə aparılır. Bu, həm təhsilin keyfiyyətini artırır, həm də uşaqların sosial mühitini genişləndirir.
"Digəri isə distant təhsildir. Bu halda şagirdlər öz kəndlərində qalır, müəllim isə başqa məkandan onlayn formada dərs keçir. Hər iki model üzrə müsbət nəticələr müşahidə olunur. Bu dəyişikliklər mərhələli şəkildə həyata keçirilir və müəyyən zaman tələb edir”, - deyə nazir qeyd edib.











































