AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisindən keçən hissədə yerləşən köhnə körpü qəzalı vəziyətə düşəndən sonra ərazidə yeni layihənin icrasına başlanıb.
46 il əvvəl inşa edilmiş körpünün Bakı istiqamətində yerləşən üçüncü aşırımında aşırım tirinin sınaraq çökməsi qeydə alındığı üçün ilkin texniki qiymətləndirmələr zamanı qurğunun artıq istismar üçün yararsız vəziyyətdə olduğu müəyyənləşdirilib:
Hərəkətin intensiv olduğu magistral yolda qismən məhdudlaşma olduğu üçün avtomobillər qəsəbədaxili yola istiqamətləndirilib. Ərazidə təhlükəsizliyi təmin etmək məqsədi ilə müvəqqəti yol nişanları da qoyulub.
Anar Nəcəfli onu da əlavə etdi ki, körpünün uçan tərəfi tam yenidən qurulduqdan sonra, əks istiqamətdə də işlər görüləcək.
Layihə tamamlandıqdan sonra həmin hissədə yeni yol nişanları və cizgi xətləri çəkilməklə hərəkətin daha təhlükəsiz və fasiləsiz təşkili təmin olunacaq.











































