Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var

Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
SOSİAL
00:10 31.10.2026
91
Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Alakol kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 2107” markalı minik avtomobili idarəetmədən çıxıb.

Nəticədə avtomobil yol kənarındakı su kanalına düşüb. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR