Etibarnaməni ləğv edərək maşını sürməyə imkan vermədilər - VİDEO

Etibarnaməni ləğv edərək maşını sürməyə imkan vermədilər - VİDEO
SOSİAL
00:22 31.10.2026
124
"Tik Tok"da canlı yayımda aruzladığı maşının sərfəli şərtlərlə satıldığını gördü. Öz köhnə maşınını satıb onu almağa və taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırmaq qərarına gəlib. Canlı yayım açan şəxslərin ofisinə gəlib 8600 manat ödəyi. Ona bunun müqabilində hətta, müqavilə də təqdim ediblər.

AZXEBER.COM Xezerxeber.az-a istindən xəbər verir ki, Rəşad Əliyevin sözlərinə görə, israrından sonra adamlar ona daha başqa şərtlərlə digər maşın təklif ediblər.

Beləliklə ona verilən maşını sürə bilmədiyini bildirir. Nəticədə banklara borclanıb, kreditlərini ödəyə bilmədiyindən məhkəməyə də verilib.

Rəşad Əliyev deyir ki, pulu verdiyi şəxs onun telefonlarına cavab vermir, ofisləri və tiktok hesabalrı da bağlanıb. Onu da bildirdi ki, Əhməd Rəcəbli küçəsində yerləşən ofisə gedərkən həmin adamdan şiakyətçi olan digər şəxslərlə də tanış olub, məlum olub ki, həmin şəxslər də Məhərrəm deyilən şəxs tərəfindan aldadılıblar. Biz də həmin şəxslə telefon vasitəsilə əlaqə saxladıq.

Rəşad Əliyev ödədiyi pulun müqabilində ona verilən müqaviləni də şikayətlə birlikdə Nərimanov rayon polis idarəsinə təqdim etdiyini dedi. Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirdi ki, Nərimanov rayonunda bir nəfərin dələduzluqla üzləşməsi barədə polisə məlumat daxil olub. Hazırda istintaq hərəkətləri davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR