Arif Əfəndiyev vəfat etdi

Arif Əfəndiyev vəfat etdi
SOSİAL
23:15 30.10.2026
128
Biologiya elmləri doktoru, professor, Əməkdar müəllim Arif Əfəndiyev vəfat edib.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, A.Əfəndiyev bu gün dünyasını dəyişib.

Xatırladaq ki, A.Əfəndiyev 1987-2019-cu illərdə Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasına rəhbərlik edib.

O, Avropa Biokimyaçılar Cəmiyyətləri Konfederasiyasında təşkil edilmiş Biokimyanın Tədrisi Komissiyasının keçmiş SSRİ dövlətlərindən seçilmiş yeganə üzvü olub.
OXŞAR XƏBƏRLƏR