Oleşkidə atəşkəs bitdikdən sonra Rusiya ordusu Xersona hücuma başlaya bilər. Rusiyanın hərbi texnikanı vilayət mərkəzinə yaxınlaşdırdığı bildirilir.
AZXEBER.COM axar.az-a istinadən xəbər verir ki, bu barədə "Bild” qəzeti ukraynalı hərbçilərə istinadən məlumat yayıb.
Belə ki, rus qoşunları texnikanı daşımaq üçün işğal olunmuş şəhərdəki (Oleşki - red.) müvəqqəti atəşkəsdən istifadə edirlər.
Ukraynalı hərbçilər hücumun 1 noyabrda atəşkəs bitdikdən sonra başlaya biləcəyini təxmin edirlər. Lakin hələlik müstəqil mənbələr bu planı təsdiq etmir.
Qeyd edək ki, oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan (Bakı vaxtı ilə 05:00-dan) etibarən Xerson istiqamətində humanitar atəşkəs rejimi tətbiq olunub. Atəşkəs rejiminin noyabrın 1-dək davam etdirilməsi nəzərdə tutulur.











































