Məkkə bölgəsində husilərə aid bir PUA zərərsizləşdirilib

Məkkə bölgəsində husilərə aid bir PUA zərərsizləşdirilib
DÜNYA
03:00 31.10.2026
115
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya oktyabrın 30-da Məkkə bölgəsində husilərin buraxdığı pilotsuz uçuş aparatının (PUA) ələ keçirilərək məhv edildiyini açıqlayıb.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, bu barədə koalisiyanın sözçüsü, general Turki əl-Maliki məlumat verib.
 
Husilərin hərbi sözçüsü Yəhya Səriyə isə Səudiyyə Ərəbistanına qarşı həmin gün heç bir əməliyyat keçirmədiklərini deyərək koalisiyanın iddiasını təkzib edib.

OXŞAR XƏBƏRLƏR