Şotlandiya polisi Epşteynin Balmoral qəsrinə səfərini araşdırır

Şotlandiya polisi Epşteynin Balmoral qəsrinə səfərini araşdırır
DÜNYA
02:16 31.10.2026
142
Şotlandiya polisi Ceffri Epşteynin keçmiş şahzadə Endryu və Gileyn Maksvell ilə birlikdə Balmoral kral iqamətgahına səfəri ilə bağlı araşdırmalara başlayıb.

AZXEBER.COM "The Independent”ə istinadla xəbər verir ki, Epşteyn 1999-cu ildə o dövrdə şahzadə titulunu daşıyan Endryunun dəvəti ilə Balmoral iqamətgahına səfər edib.

Həmin dövrə aid olduğu bildirilən, dəqiq tarixi məlum olmayan fotoşəkildə Epşteyn və Maksvellin kral iqamətgahının ərazisində yerləşən "Glen Beg” adlı taxta evdə istirahət etdikləri görünür. ABŞ Ədliyyə Nazirliyi tərəfindən daha əvvəl yayımlanan fotoşəkillərdə isə Endryu və Epşteynin birlikdə ov səfərində olduqları ehtimal edilir.

Şotlandiya polisinin sözçüsü bildirib ki, araşdırmalar hələ ilkin mərhələdədir və bütün istintaq tədbirləri sübutlara əsaslanaraq, zərərçəkmişlərin maraqları nəzərə alınmaqla həyata keçirilir. Polis davam edən araşdırmaların təfərrüatlarını açıqlamayacağını və hazırkı mərhələdə əlavə şərh verməyəcəyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR