NATO, Avropa Birliyi və London Avropada böyük bir müharibəni alovlandırmaq istəyir.
AZXEBER.COM axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Nikolay Patruşev deyib.
Patruşev ən ciddi təhdidlərin dəniz istiqamətlərindən - Baltik və Qara dənizlərdən gəldiyini vurğulayıb:
"Rusiya ilə sülhə və konstruktiv əməkdaşlığa ehtiyacı olan xalqlarının maraqlarını tamamilə unudan Avropa elitalarının siyasəti bu akvatoriyanı və bitişik bölgələri məhv edir".
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Avropa ilə müharibə istəmədiyini, lakin buna hazır olduğunu söyləmişdi.











































