DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı

DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
SOSİAL
09:18 05.06.2026
158
Azərbaycanda kibertəhqiqat istiqaməti Dövlət Təhlükəsizliyi Xidmətinin tərkibində fəaliyyətə başlayıb.

AZXEBER.COM xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib.

O qeyd edib ki, kibertəhqiqatın həm prosessual kibertəhqiqat, yəni istintaq hissəsi, baxış-axtarış tədbirləri, həm də kibertədqiqat hissəsi birgə şəkildə fəaliyyət göstərəcək:

"Bu istiqamət üzrə həm "cyber investigation”, həm də "cyber examination” bölmələri tandemdə işləyərək, kibertəhlükələrə qarşı, xüsusən APT tipli ciddi kibertəhdidlərlə mübarizədə əhəmiyyətli irəliləyişin əldə edilməsi nəzərdə tutulur”.
OXŞAR XƏBƏRLƏR