"Şagirdlərin ünvana rahat çatması üçün "Məktəbli avtobusu" layihəsinin həyata keçirilməsi planlaşdırılır".
AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Xəzər TV-yə müsahibəsi zmanı deyib.
Emin Əmrullayevin sözlərinə görə, paytaxdakı məktəbli avtobusu layihəsində məntiq tamamilə fərqlidir və layihənin üzərində hazırda işlər gedir, yaxın zamanda bunun təqdimatının olması planlaşdırılır.