Nazir müavini: “Bakı-Naxçıvan reysinin qiyməti AZAL-ın xərcini ödəmir”

Nazir müavini: “Bakı-Naxçıvan reysinin qiyməti AZAL-ın xərcini ödəmir”
SOSİAL
17:07 27.10.2022
195
"Bakı-Naxçıvan istiqamətində aviabilet üçün ödənilən 60 manat "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) xərclərini ödəmir”.

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Onun sözlərinə görə, gün ərzində Bakıdan Naxçıvana 10-dan çox uçuşlar həyata keçirilir:

"Xərclərin bir hissəsi dövlət tərəfindən subsidiyalaşdırılır. Nəticə etibarilə, vətəndaşlarımız 60 manat ödəməklə Naxçıvana gedirlər. Lakin çox vaxt AZAL tənqid edilir ki, uçuşlar bu qiymətədir. Halbuki 60-70 manat xərcləri ödəmir”.
 
///Report
OXŞAR XƏBƏRLƏR