Nazir müavini: "Bugünədək 116 20 Yanvar əlili və şəhid ailəsinə mənzil, 92-nə avtomobil verilib”

SOSİAL
14:35 18.01.2020
4697
"2006-cı il yanvarın 19-da Prezident İlham Əliyevin fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Bugünədək 116 20 Yanvar əlil və şəhid ailəsinə mənzil, 92-nə avtomobil verilib. Xüsusilə olaraq qeyd edim ki, 2019-cu ildə 34 20 Yanvar şəhidi ailəsi mənzillə təmin olunub”.

"Report”un xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Onun sözlərinə əsasən, fərmana uyğun olaraq, 20 Yanvar şəhidləri fəxri adı almış şəxslərin ailələri 100 manat, I dərəcə əlilliyi olanlara 250 manat, II dərəcə əlilliyi olan şəxslərə 230 manat, III dərəcə əlilliyi olan şəxslərə isə 210 məbləğində Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri verilir: "Bu təqaüdlərlə yanaşı, 20 Yanvar hadisələri ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslərə 150 manat, II dərəcə əlilliyi olan şəxslərə 130 manat, III dərəcə əlilliyi olan şəxslərə isə 110 manat aylıq müavinətlər ödənilir. 20 Yanvar hadisələri ilə əlaqədar şəhid olmuş şəxslərin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinin hər birinə aylıq sosial müavinət ödənilir. Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş 20 Yanvar hadisələri ilə əlaqədar şəhid olmuş şəxslərin ailə üzvlərinin əmək pensiyasının sığorta hissəsinə 93,5 manat məbləğində əlavə hesablanıb”.

Nazir müavini deyib ki, 20 Yanvar hadisələri ilə əlaqədar şəhid olan şəxslərin uşaqlarına orta ixtisas təhsil müəssisələrində, Azərbaycanın ali təhsil müəssisələrinə bakalavriat və magistratura səviyyəsində, AMEA-nın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil haqqı 2014-2015-ci il tədris ilindən etibarən dövlət büdcəsi vəsaiti hesabına ödənilir: "Bununla yanaşı, 20 Yanvar əlillərinin, şəhid ailələrinin dövlət büdcəsi hesabına mənzil və avtomobil təmin edilməsi istiqamətində də məqsədyönlü işlər aparılır".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:00 30.09.2020

Paşinyan erməni nümayəndə heyətinin Rusiya səfərini ləğv etdi

01:14 30.09.2020

Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhv edildi - RƏSMİ

00:20 30.09.2020

Azərbaycan Ordusundan uğurlu əməliyyat: Erməni generalı və zabitləri məhv edildi - VİDEO

23:43 29.09.2020

“Haber Global”ın AzTV ilə ortaq yayımı - CANLI

23:40 29.09.2020

XİN rəhbəri: “Ermənilər mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alır”

23:22 29.09.2020

Qətər Əmiri İlham Əliyevlə Qarabağ münaqişəsini müzakirə etdi

23:20 29.09.2020

Düşmən yenidən Tərtərdə mülki əhalini atəşə tutdu - ölən var

23:18 29.09.2020

Ermənistan ordusunun mövqeləri darmadağın edildi - Müdafiə Nazirliyi

23:09 29.09.2020

İlham Əliyev: “Ermənistan bir neçə aydır Azərbaycana qarşı təcavüzə hazırlaşır”

23:04 29.09.2020

Hərbi attaşelər cəbhədə baş verənlərlə bağlı məlumatlandırılıb

23:02 29.09.2020

Erməni filmi Moskva Beynəlxalq Kino Festivalının proqramından çıxarıldı

22:51 29.09.2020

“Telegram”ın ən böyük rus və erməni kanalları da “Qarabağ Azərbaycandır” dedi - SORĞU

22:48 29.09.2020

XİN rəhbəri: “Bölgədə yaşanan gərginliyə görə məsuliyyət Ermənistanın üzərindədir”

22:33 29.09.2020

İlham Əliyev Qarabağ münaqişəsi ilə bağlı Rusiya telekanalında çıxış edib - TAM MƏTN

22:11 29.09.2020

Erməni əsgərləri səngərdə ağlayır: “Bizi tək qoyublar” - VİDEO

21:52 29.09.2020

Paşinyan Putinə zəng etdi

X Mostbet