Nazir müavini qəzada öldü

Nazir müavini qəzada öldü
DÜNYA
19:59 19.08.2019
4638

Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Ahmet Haluk Dursun yol qəzasında dünyasını dəyişib.

Nazir müavininin içərisində olduğu avtomobil  Vanın Erciş ərazisində dərəyə yuvarlanıb. Dursun qəza zamanı dünyasını dəyişib, 3 nəfər isə yaralanıb. Yaralılar Erciş Dövlət Xəstəxanasına aparılıb.

Qeyd edək ki. Ahmet Haluk Dursun Malazgird qələbəsinin 948-ci ildönümü münasibətilə Türkiyə Yazıçılar Birliyinin Malazgirddə təşkil etdiyi tədbirdən qayıdırmış.

 

Qafqazinfo

OXŞAR XƏBƏRLƏR