Kosta Rikanın Gənclik və mədəniyyət nazirinin müavini Karino Balanosun internetdə çılpaq görüntülərinin yayılması ölkədə şok effekti yaradıb.
İdeoda nazir müavini alt paltarındadır və o, yaxınlıqdakı kimisə onun yanına çağırır.
“CNN Espanol”un verdiyi xəbərə görə, kadrlar 2007-ci ildə, dövlət rəsmisi hələ evlənməmişdən qabaq çəkilib. Video materialın bir kompüter mühəndisinin kompüterindən oğurlanaraq internetə yükləndiyi bildirilir. Məsələylə bağlı Karino Balanos da açıqlama verib. O, kosta rikalılar qarşısında başı aşağı olduğunu desə də, utanılacaq bir şey eləmədiyini və özünə qarşı haqsızlıq edildiyini deyib.
Ölkə prezidenti Laura Çinçilla Balanosu istefa verməyə məcbur edib. Dövlət rəsmisinin istefa verməsinə feminist təşkilatlar sərt reaksiya veriblər və bu qərara etiraz ediblər. Qadınlar üzərində “Hamımız Karinayıq” sözləri yazaraq, şəkillərini ineternetə yükləyiblər. Hüquq müdafiəçiləri Balanosun hüquqlarının kobud şəkildə pozulduğunu bildirirlər. (ann.az)