Nazir müavininin qardaşı azadlığa buraxıldı

Nazir müavininin qardaşı azadlığa buraxıldı
SOSİAL
10:21 22.05.2019
2479
2015-ci il mayın 19-da Binəqədidəki çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərdən biri - Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov azadlığa buraxılıb. Qəzənfər Novruzovun həbs müddəti başa çatdığı üçün azad edildiyi bildirilir.

AZXEBER.COM musavat.com-a istinadən xəbər verir ki, Q.Novruzov həbsdəki son günlərini Penitensiar Xidmətin müalicə müəssisəsində keçirib. O, 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onun niyə müalicə olunduğu barədə səhih bilgi yoxdur. Amma  məhkəmə proseslərinin birində Qəzənfər Novruzovun  səhhətində problem yarandığı, hətta  komaya düşdüyü barədə  xəbərlər yayılmışdı.

Qəzənfər Novruzov əvvəllər aptek müdiri, daha sonra Səbyel Rayon İcra Hakimiyyəti başçısının müavini, sonra da Binəqədi rayon icra başçısının müavini vəzifələrində çalışıb.

Qəzənfər Novruzov 2013-cü ilin sonlarında icra başçısı Xaləddin İsgəndərov tərəfindən vəzifəsindən azad olunub.  Qəzənfər Novruzovun daha bir qardaşı general-mayor Səbuhi Novruzov isə neçə illərdir Naxçıvan MR daxili işlər nazirinin müavinidir. Qəzənfər Novruzovun  qardaşı Vaqif Novruzov uzun illər  Bakı Şəhər Yaşıllaşdırma Birliyinin rəisi işləyib. Bu günlərdə BŞİH başçısı Eldar Əzizovun sərəncamı ilə işdən çıxarılıb. V.Novruzov uzun illərdir ki, həmin postu tuturdu və Hacıbala Abutalıbovun komandasının ən odioz fiqurlarından biri hesab olunurdu. Q.Novruzovun daha bir qardaşı Məhərrəm Novruzovun  isə bir neçə il əvvəl Abşeronun sosial müdafiə fondunun rəhbəri vəzifəsində çalışdığı deyilirdi. 

Xatırladaq ki, yanğın nəticəsində 15 nəfər ölmüş, 50 nəfər xəsarət almışdı.

Qeyd edək ki, 2015-ci il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone” və "Global Constuction” MMC təsisçisi Miryusif Mahmudov, "Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov barəsində həbs-qətimkan tədbiri seçilmişdi.

2017-ci il yanvar  ayının 27-də  Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə  M.Mahmudov 8 il, Ə.Novruzov 4 il, U.Bəşirov 5 il, Q.Novruzov 4 il, Ə.Rəcəbov 4 il, N.Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qəzənfər Novruzov məhkəmədə son sözlə çıxışında barəsində bəraət hökmünün çıxarılmasını istəmişdi. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
Adnan Əhmədzadə haqda qərar verildi - Cinayət işini DTX aparır
14:12 20.09.2025
Adnan Əhmədzadə haqda qərar verildi - Cinayət işini DTX aparır
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
12:59 20.09.2025
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
12:53 20.09.2025
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
12:49 20.09.2025
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
Xankəndidə Şəhər Günü qeyd olunur
12:45 20.09.2025
Xankəndidə Şəhər Günü qeyd olunur
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
12:41 20.09.2025
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
12:41 20.09.2025
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
Bakıda 26 yaşlı oğlan bıçaqlandı - Saxlanılan var
12:33 20.09.2025
Bakıda 26 yaşlı oğlan bıçaqlandı - Saxlanılan var