Covkan oyunu bütün Şərqdə tanınmış oyundur və biz heç kimin ölkəsində bu oyunla bağlı narahatçılıq bildirmirik.
AZXEBER.COM xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan ənənəvi at idman növü olan Covkan oyununun UNESCO qeyri-maddi mədəni irsin qorunması üzrə siyahısına salınması ilə bağlı İranın narazılıq etməsinə münasibət bildirərkən deyib.
“Biz sadəcə Azərbaycan daxilində Qarabağ atlarının üstündə oynanılan bu oyun növünün təhlükə altında olmasını yaxşı dərk edərək biz bunu UNESCO-nun siyahısına təklif olaraq verdik. Düşünürəm ki, İranın da mövqeyi bu oyunun daha da inkişafına yönəlib.
Sözsüz ki, biz bir qərara gələcəyik, lakin bu günə qədər bütün hazırlanan səndlər UNESCO-nun bütün kriteriyalarına cavab verən sənədlərdir və mən heç bir əsas görmürəm ki, bu ciddi mübahisə mövzusuna çevrilsin”.