"İqtisadiyyatın şaxələndirilməsi istiqamətində tədbirlər nəticəsində qeyri-neft məhsullarının ixracındakı müsbət tendensiya davam edir”.
AZXEBER.COM xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk hesabında paylaşım edib.
Nazir qeyd edib ki, bu ilin yanvar-sentyabr aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 17% artaraq 2 mlrd. 117 mln. dollar təşkil edib.