Bu barədə nazirliyin mətbuat katibi İntiqam Hümbətov məlumat verib. Onun sözlərinə görə, artıq mədəniyyət xadiminin müalicəsi ilə bağlı rəhbərlik tərəfindən tapşırıq verilib: “Artıq bununla bağlı tapşırıq verilib. Bizim əməkdaşlarımız bu işlə məşğul olurlar” .
Qeyd edək ki, məşhur aktyor Ramiz Əzizbəyli hazırda Tibb Universitetinin tədris terapiya şöbəsinin reanimasiyasısındadır. O, bir müddət əvvəl avtomobil qəzası keçirmişdi, lakin maddi çatışmazlıq səbəbindən xəstəxanaya yerləşdirilməmişdi. (AzVision.az)