Nazir: Rayonlarda təxminən 1500-ə yaxın məktəbdə şagird sayı 100-dən azdır

Nazir: Rayonlarda təxminən 1500-ə yaxın məktəbdə şagird sayı 100-dən azdır
SOSİAL
16:43 14.06.2024
133
Sinifdə şagird-müəllim nisbəti aşağı olan məktəblərdə tədrisin keyfiyyəti ilə daha ciddi problemlər var, nəinki nisbət fərqi yuxarı olan siniflərdə.

Bunu "Report”a müsahibəsində Elm və Təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, dünyanın hər yerində daha çox adambaşına maliyyələşmə sistemi var və Azərbaycanda da bu sistemə keçid planlaşdırılır:

"Bu il artıq bir neçə pilot məktəblərdə adambaşına maliyyələşmə sisteminə keçidi nəzərdə tutmuşuq. Sonra digər islahatlar kimi bunu da müxtəlif mərhələlərlə tətbiq edə bilərik”.

E.Əmrullayevin sözlərinə görə, ilkin mərhələdə pilot layihəyə rayonlardakı məktəblərdən başlanılacaq, çünki Bakıda maksimum bir-iki belə məktəb ola bilər.

"Amma rayonlarda təxminən 1500-ə yaxın məktəbdə şagird sayı 100-dən azdır. Bir daha təkrar edirəm ki, bu, heç bir halda hər hansı məktəbin bağlanması və ya orada işləyən müəllimlərin iş yerlərini itirməsi anlamına gəlmir. Sadəcə, adambaşına maliyyələşmə sistemi müəyyən mənada sovet dövründən bizə miras qalan "stavka” və s. bu tipli sistemləri yeniləri ilə mütləq əvəz etməliyik”, - nazir deyib.

E.Əmrullayev vurğulayıb ki, ölkədə müxtəlif – ibtidai, orta və tam orta təhsil səviyyələri var.

"Nazirlik olaraq inandığımız budur ki, hər yaşayış məntəqəsində mütləq bir məktəb olmalıdır. Çünki məktəb həmin kəndin, qəsəbənin elm ocağı, gələcəyi ilə bağlı ümididir. Bu nöqteyi-nəzərdən niyyətimiz hər hansı məktəbi bağlamaq deyil. Hesab edirəm ki, daha çox ibtidai yaşda şagirdlər öz kəndlərində, yaşadıqları yerdə təhsil almalıdırlar. Çünki azyaşlını bir qədər uzağa daşımaq və valideyni tərəfindən aparılmasını təmin etmək çətindir”, - E.Əmrullayev bildirib.

Nazir nəzərə çatdırıb ki, azkontingentli məktəblərin 10-11-ci siniflərində bir və ya iki şagird təhsil alır və dövlət bu vəsaitlə onu daha böyük və keyfiyyətli məktəbə gətirməklə tədrisini təmin edə bilər:

"Bununla bağlı müəyyən işlər görülüb, müəyyən siyahı da var. Amma hansı ardıcıllıqla və necə icra olunması ilə bağlı məsələlər, yəqin ki, sentyabr ayında konkretləşəndən sonra ictimaiyyətə açıqlanacaq”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
01:10 14.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
00:26 14.03.2025
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
23:52 13.03.2025
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
Ağstafada dönərdən zəhərlənənlərin  sayı 10-a yüksəldi
23:43 13.03.2025
Ağstafada dönərdən zəhərlənənlərin sayı 10-a yüksəldi
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
23:26 13.03.2025
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
23:16 13.03.2025
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
23:13 13.03.2025
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
23:07 13.03.2025
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
22:56 13.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
22:43 13.03.2025
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
22:27 13.03.2025
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
22:22 13.03.2025
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
22:14 13.03.2025
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
22:06 13.03.2025
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
21:56 13.03.2025
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır
21:45 13.03.2025
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır