"Biz o müəllimlə danışdıq. Lakin müəllimin həqiqəti ilə bağlı heç nə yazılmadı. Müəllim həqiqətən də sinifə daxil olanda uşağın saçını uzun görüb və onun qız olduğunu düşünüb".
AZXEBER.COM xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib:
"Səhv edib, görməyib və qəsdən etməyib. Uşağın saçı uzun olduğu üçün elə bilib ki, sinifə yeni qız gəlib. Sonradan o, uşağı qucaqlayıb və xətrinə dəydiyini etiraf edib".