AZXEBER.COM xəbər verir ki,bunu Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutunun direktoru, Respublikanın baş pediatrı Nəsib Quliyev deyib.O qeyd edib ki, hazırda körpənin vəziyyəti stabil-ağırdır.“Körpədə stabilləşmə gedir. Artıq suni havalandırma aparatından ayrılıb. SİPAP rejiminə keçirilib. Körpənin sağ qalması üçün əlimizdən gələni edirik. Körpə eyni zamanda Səhiyyə Nazirliyinin rəhbərinin nəzarəti altındadır”.Qeyd edək ki, iyunun 20-də Salyan şəhər sakini, 1995-ci il təvəllüdlü Abdullayeva Mirzabitə İlham qızı Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində üçəm dünyaya gətirib. Bir müddət sonra uşaqlardan ikisi ölüb. Körpələrin xəstəxanada işığın sönməsi nəticəsində öldüyü bildirilir.