Nazir şöbə müdirlərini, direktoru işdən çıxardı — SİYAHI

SİYASƏT
14:50 12.11.2015
1958

Son iki ayda Təhsil Nazirliyinin aparatında və tabeli qurumlarda bir sıra kadr dəyişiklikləri aparılıb

AZXEBER.COMqafqazinfoya istinadən xəbər verir ki, daxil olan məlumata görə,Mikayıl CabbarovFamil MustafayevvəFərhad Əmirbəyovu özünə müşavir təyin edib.

1975-ci ildən Təhsil Nazirliyində çalışan Elm və ali təhsil şöbəsinin müdiriGültəkin Hüseynovahəmin şöbənin Elm sektorunun müdiri vəzifəsinə keçirilib.

1997-ci ildən Nazirlikdə müxtəlif vəzifələrdə işləmiş Tədris resursları şöbəsinin müdiriFaiq Şahbazlıtutduğu vəzifədən azad edilərək Təhsil Problemləri İnstitutunun direktor müavini vəzifəsinə keçirilmişdir. Onun yerinə 2002-ci ildən Təhsil Sektorunun İnkişafı üzrə Layihənin Əlaqələndirmə Qrupunun meneceri, direktor müavini və direktoru vəzifələrində çalışmışElvin Rüstəmovtəyin edilib.

Nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri vəzifəsiVasif Məmmədova həvalə edilib. V.Məmmədov 2001-2010-cu illərdə özəl sektorda, 2013-cü ildə “Vətən” Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin direktoru, 2014-cü ildən isə Təhsil Nazirliyində sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində işləyib.

Məktəbəqədər və ümumi təhsil şöbəsinin Ümumi təhsil sektorunun müdiriFiridun HəmzəyevSumqayıt Şəhər Təhsil Şöbəsinin müdir müavini vəzifəsinə keçirilib.

Lənkəran Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə Azərbaycan Texniki Universitetinin professoruNizami Yusubovtəyin edilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru vəzifəsinəGülşən Əliyevatəyin edilib. G.Əliyeva 2001-ci ildən həmin universitetdə müəllim, baş müəllim, kafedra mudiri, professor vəzifələrində işləyib.

Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru həmin universitetdə 1976-cı ildən müxtəlif vəzifələrdə çalışmışRafiq Novruzovtəyin edilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris işləri üzrə prorektoruVaqif Qurbanovöz ərizəsinə əsasən işdən azad edilmişdir. Həmin vəzifəyə isəQasım Məmmədovtəyin olunub.

Öz ərizələrinə əsasənElşad İsmibəyliAzərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektoru,Çingiz BağırovAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru,Nuhbaba ŞıxıyevAzərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnzibati təsərrüfat işləri üzrə prorektoru vəzifələrindən azad edilib.

Zərdab Rayon Təhsil Şöbəsinin müdiriBaba Babayevvə Saatlı Rayon Təhsil Şöbəsinin müdiriŞamil Nurəliyevvəzifə funksiyalarının icrasında ciddi nöqsanlara yol verdiklərinə görə, Xocavənd Rayon Təhsil Şöbəsinin müdiriŞəfahət Yusifovdövlət qulluğunda olmanın yaş həddinə çatdığına görə, Yevlax Rayon Təhsil Şöbəsinin müdiriRaqub Mirzəyevöz ərizəsinə əsasən tutduqları vəzifədən azad edilib.

Bakı şəhəri 55 nömrəli tam orta məktəbin direktoruVahid Dəmirovvəzifə funksiyalarının icrasında, məktəbə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilib.

OXŞAR XƏBƏRLƏR