Nazir səfiri qəbul etdi

MAQAZİN
00:10 14.06.2012
2128
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yeni Zelandiyanın iqamətgahı Rusiyanın Moskva şəhərində olmaqla ölkəmizdə akkreditə olunmuş səfiri İan Hilli qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, səfiri salamlayan nazir E.Məmmədyarov iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib.Ölkəsinin xarici işlər naziri Murray McCullinin salamlarını azərbaycanlı həmkarına çatdıran İan Hill ilk öncə Yeni Zelandiyanın xarici siyasəti və iqtisadiyyatı barədə məlumat verib və Azərbaycanın inkişafından yüksək şəkildə təəssüratlandığını bildirib.Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verən E.Məmmədyarov ölkəmizin münaqişənin diplomatik vasitələrlə həll edilməsinin tərəfdarı olduğunu, Azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüquqlarının bərpa edilməsinin vacibliyini vurğulayıb.

OXŞAR XƏBƏRLƏR