Nazir "Space"dən çıxartdırdı - "Lider" vəzifə verdi

Nazir "Space"dən çıxartdırdı - "Lider" vəzifə verdi
SOSİAL
21:55 13.06.2017
1415
"Space” Müstəqil Teleradio Şirkətinin (Space TV) "Hər gün” informasiya proqramının keçmiş baş redaktoru Elman Gədikli "Lider” televiziyasının Xəbərlər departamentinin baş redaktor müavini vəzifəsinə təyin edilib.
 
AZXEBER.COM BakuPost.az-a istinadən məlumatına görə, E.Gədikli işə bir neçə gündür ki, başlayıb.
 
Qeyd edək ki, E.Gədiklinin Space TV-dən çıxarılma göstərişini Təhsil naziri Mikayıl Cabbarovun verdiyi iddia edilirdi. Belə ki, təhsil sistemi haqda tənqidi süjetdən sonra M.Cabbarov "Space”in rəhbəri Vaqif Mustafayevə zəng edib, iradını bildirib. Daha sonra E.Gədikli işdən çıxarılıb. Onun yerinə Azadə Balayeva təyin olunmuşdu.
 
Ötən gündən isə Vaqif Mustafayev bu posta keçmiş ANS-çi Afət Telmanqızını təyin edib. Balayeva isə V.Mustafayevin bu qərarını etirazla qarşılayıb və şirkətdən getmək barədə ərizə yazıb.
OXŞAR XƏBƏRLƏR