Daxili İşlər Nazirliyinin polkovniki təqaüdə göndərilib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrinə əsasən Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsinin rəisi, polis polkovniki Hacımurad Abdullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
***
"Qafqazinfo” yazıb ki, son günlər gündəm olan avtomobil nömrələrindədə defislərin bərpa olunması ilə polkovnikin işdən azad olunması eyni vaxta təsadüf edir. Sürücülər nömrələri isə məhz Hacımurad Abdullayevin rəhbərlik etdiyi idarə verir. Bir çox sürücülər defislərin məhz nömrə alınan zaman sözügedən idarənin əməkdaşları tərəfindən 5 manat müqabilində silindiyini bildiriblər.