Nazir tapşırıq verdi: Alpinistlər tapılanadək axtarışlar davam etdiriləcək

Nazir tapşırıq verdi: Alpinistlər tapılanadək axtarışlar davam etdiriləcək
SOSİAL
15:58 09.01.2018
997
Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları onlar tapılanadək davam etdiriləcək.
 
Bunu Qubada itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda keçirilən əməliyyat müşavirəsində fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə deyib.
 
Nazir müavini bildirib ki, bununla bağlı nazir Kəmaləddin Heydərovun göstərişi var.
 
Alpinistlər tapılanadək axtarış-xilasetmə əməliyyatları davam etdiriləcək.
 
Qeyd edək ki, Quba rayonda dağlıq ərazidə itkin düşmüş "Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.
OXŞAR XƏBƏRLƏR