Əli Abbasov: “Telefon danışıqlarına görə vaxt hesabı ödənişin tətbiqi zamanın tələbidir”.
AZXEBER.COM-un verdiyi məlumata görə, bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov açıqlama verib. Nazirin sözlərinə görə, hazırda Azərbaycandakı bütün telefon şəbəkələri elektron növə keçirilib. Bunun nəticəsi olaraq, telefon danışıqlarına görə vaxt hesabı ödənişin tətbiqi zəruriliyi yaranır ki, bu gün bu, bütün dünyada baş verir: "Bir telefon xətti üçün daxil olan zənglər üzrə 450 dəqiqə limit nəzərdə tutulub. Lakin gedən zənglər də nəzərə alınarsa, bu ümumilikdə 900 dəqiqə təşkil edir ki, bu da bir telefon xətti üçün o qədər də az deyil. Limitdən yuxarı hər bir əlavə dəqiqə üçün isə 0,01 manat qiymət təklif olunur". Sitatın sonu.