Nazir üç nəfəri iclasda cəzalandırdı

Nazir üç nəfəri iclasda cəzalandırdı
Bütün Xəbərlər
17:28 17.03.2014
1149
2014-ün ilk iki ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ünvanlı yardım təyin olunmuş ailələrin sayı 10,9 faiz azalıb. Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyindən “Media forum” saytıma daxil olan məlumatda belə deyilir.
Xəbərə görə, martın 17-də nazir Səlim Müslümovun sədrliyi və nazirliyin rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin direktorları, digər məsul şəxslərinin iştirakı ilə iclas keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev deyib ki, 2012-ci ilin müvafiq ayları ilə müqayisədə 2013-cü ildə ünvanlı sosial yardım təyin olunmuş ailələrin sayı subyektiv səbəblərdən 5,5 faiz artıb.
İclasda fəaliyyətində ciddi nöqsanlara yol verdiklərinə görə Beyləqan Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsindən azad edilib, iki mərkəzin direktoruna töhmət verilib.
OXŞAR XƏBƏRLƏR