Nazir yeni silahlardan danışdı: ‘Düşmən artilleriyası 3 saatda artıq...’ - VİDEO

Nazir yeni silahlardan danışdı: ‘Düşmən artilleriyası 3 saatda artıq...’ -  VİDEO
SOSİAL
10:07 27.06.2016
1462

"Mən bir nazir kimi deyə bilərəm ki, təlimlər yüksək səviyyədə keçdi və şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədədir".

Bunu ANS TV-nin "Hesabat" verilişində müsahibəsində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Təlimlərdə sınaqdan keçirilən yeni silah-sursat növlərindən danışan nazir aprel döyüşlərindən sonra ölkə başçısının tapşırığına əsasən yeni tədbirlər planının həyata keçirilməsi ilə bağlı göstəriş verildiyini və həmin plana uyğun işlərin görüldüyünü qeyd edib.

Zakir Həsənovun sözlərinə görə, prezidentin göstərişinə əsasən alınan müasir silah-sursat, avadanlıq və texnikanın bir hissəsi ordunun istifadəsinə verilib.

"Yeni silah-sursatı biz bu təlimlərdə sınaqdan keçirdik və bu silahların effektivliyini gördük",- deyə nazir əlavə edib.

"Ümumiyyətlə, keçirilən təlimlər irimiqyaslı təlimlərdir. Biz bu təlimlərin yalnız bir qismini burda gördük. Bu təlimlər həmçinin Naxçıvan Muxtar Respublikasında da yüksək səviyyədə keçirildi. Həm poliqonlarda, həm də dənizdə təlimlərə davam edir və bu təlimlərə təbii ki, yüksək vəzifəli şəxslər nəzarət edir. Bütün nöqsanlar qeyd edilir. Bu nöqsanlar ümumiləşdiriləcək. Gələcək təlimlərdə bütün nöqsanları aradan qaldıracağıq",- deyə Zakir Həsənov qeyd edib.

Nazir bildirib ki, prezidentin Silahlı Qüvvələr qarşısında qoyduğu bütün tapşırıqlar yüksək səviyyədə həyata keçirilir. Günü-gündən ordu təkmilləşir, silah və texnikadan istifadə etməklə hədəfləri məhv edir.

"Biz son islahatların nəticələrini döyüşlərdə də gördük və indi də təlimlərdə görürük. Bu gün gördük ki, ordumuz müasir döyüş aparır, havadan dəstək alırdı. Topçularımızı xüsusi qeyd etmək istərdim ki, son döyüşlərdə bizim topçular yüksək nəticələr göstərdilər. Düşmən artilleriyası 3 dəqiqədən çox işləyə bilmirdi",- deyə Zakir Həsənov bildirib.

Daha sonra əsgərlərin, intihar və ya ehtiyatsızlıqdan ölməsi faktlarına, toxunan Zakir Həsənov bu halların kəskin şəkildə azaldığını və bunun birdəfəlik aradan qaldırılması istiqamətində işlərin görüldüyünü vurğulayıb.

"Bu kimi hallar ailə problemləri ilə əlaqədardır. Biz bu halları təhlil edir və qarşısının alınması üçün tədbirlər görürük. Bir yerdə nöqsan aşkarlanıbsa, digər yerlərdə də həmin nöqsanın yaranmasının qarşısını alırıq. Mən hesab edirəm ki, əgər biz istədiyimiz şəraitdə tərbiyə işini tətbiq etsək bu hallar bir az da azalar. Əminəm ki, biz gələcəkdə bu məsələni tam həll edəcəyik".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə cəza istənilib
16:24 28.04.2025
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə cəza istənilib
Azərbaycan Prezidenti: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
16:09 28.04.2025
Azərbaycan Prezidenti: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:07 28.04.2025
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
"TuranBank" ağacəkmə aksiyasında iştirak edib
15:53 28.04.2025
"TuranBank" ağacəkmə aksiyasında iştirak edib
"Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir"
15:41 28.04.2025
"Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir"
İran Prezidenti: Özümü Təbrizdəki, Ərdəbildəki kimi hiss edirəm
15:34 28.04.2025
İran Prezidenti: Özümü Təbrizdəki, Ərdəbildəki kimi hiss edirəm
İlham Əliyev: Azərbaycan və İran əlaqələrin inkişafına çalışır
15:24 28.04.2025
İlham Əliyev: Azərbaycan və İran əlaqələrin inkişafına çalışır
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edirlər
15:22 28.04.2025
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edirlər
Yeni Papa bu tarixdə seçilə bilər
15:12 28.04.2025
Yeni Papa bu tarixdə seçilə bilər
“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında
15:00 28.04.2025
“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında
"Şuşa əməliyyatında Robert Köçəryan özü də iştirak edirdi"
14:44 28.04.2025
"Şuşa əməliyyatında Robert Köçəryan özü də iştirak edirdi"
İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başladı
14:38 28.04.2025
İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başladı
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq
14:37 28.04.2025
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq
Rusiyaya qarşı tətbiq edilən sanksiyaların sayı açıqlandı
14:23 28.04.2025
Rusiyaya qarşı tətbiq edilən sanksiyaların sayı açıqlandı
İsrail Qəzzada saxlanılan 11 fələstinlini azad etdi
13:47 28.04.2025
İsrail Qəzzada saxlanılan 11 fələstinlini azad etdi
"Hansı koftanı neçəyə almağınızla yox, sənət ilə gündəmə gəlin" - Elnarə kimə söz atdı?
13:44 28.04.2025
"Hansı koftanı neçəyə almağınızla yox, sənət ilə gündəmə gəlin" - Elnarə kimə söz atdı?