Nazir: “Yoluxmalar artsa, siniflər bağlana bilər”

Nazir: “Yoluxmalar artsa, siniflər bağlana bilər”
SOSİAL
12:30 27.07.2022
240
Təhsil naziri Emin Əmrullayev koronavirusa yoluxmaların artması fonunda məktəblərin sentyabrda açılmayacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

O, bildirib ki, pandemiya dövründə sürprizlər həmişə olur.

"Artıq iki il ərzində kifayət qədər təcrübə toplamışıq. Ötən il günlərin sayını azaltmadan təhsili ümumilikdə bağlamadıq. Düşünürəm ki, yoluxmalar artarsa, yenə həmin təcrübə tətbiq oluna bilər. Payız aylarında yoluxma arta bilər. Bu, ayrı-ayrı məktəblərdə siniflərin müvəqqəti bağlanmasına səbəb ola bilər. Lakin təhsilin tamamilə bağlanması nəzərdə tutulmur”, - nazir vurğulayıb.
 
///APA 
OXŞAR XƏBƏRLƏR